Avropa Birliyi Ukraynaya 11 milyard avro yardım təklif edib

Jose Manuel Barroso

Avropa Komissiyası yaxın bir neçə il ərzində Ukraynaya 11 milyard avro yardım paketi təqdim edib.

Komissiyanın sədri Jose Manuel Barroso  bildirib ki, bu vəsait Ukrayna hökumətinin  islahatlar aparmasına sərf ediləcək.

Cümə axşamı Avropa Parlamenti və Avropa Birliyi ölkələri liderlərinin Brüssel görüşündə Ukraynaya  yardım məsələsi müzakirə olunacaq.