Ermənistanda yeni Ukrayna rəhbərliyinə dəstək aksiyası keçirilib.

Yerevanda aksiya

Rusiyanın Ermənistandakı səfirliyi qarşısında  yeni  Ukrayna rəhbərliyinə dəstək aksiyası keçirilib. Aksiyaçılar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib, prezident Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər.Polis fəalların səfirliyə yaxınlaşmasına imkan verməyib, onlardan 3-ü saxlanıb.