Obama:" ABŞ və Avropa Birliyi Rusiyaya qarşı bir mövqedədirlər"

Barack Obama

ABŞ və Avropa Birliyi Krımdakı hərəkətlərinə görə Rusiyaya qarşı tədbirlər görülməsində birdirlər.

Bunu ABŞ prezidenti Barack Obama Amsterdamda Hollandiyanın  baş naziri Mark Rutte ilə görüşdənb sonra bəyan edib.O həmçinin ABŞ və Avropanın  Ukrayna hökuməti və xalqını müdafiə etməkdə bir olduqlarını qeyd edib.

Barack Obama Haaqada Çin prezidenti Si Cinpinlə (Xi Jinping) görüşəcək və Nüvə təhlükəsialiyi sammitində iştirak edəcək.

O həmçinin sənayecə inkişaf eləmiş böyük 7-lər ölkələrinin sammitinə qatılacaq.
Sammitdə əsasən Rusiyanın Krımı zəbt etməsinə qarşı tədbirlər müzakirə olunacaq.