Şpaqatlı inkişaf

Şerif. Karikatura

-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Bəxtiyar Hidayət
 
 
Müsbət nəticələr
 
Qara qızıl turba-turba
Ağ qızıl torba-torba

Ağ-qara dəyənəklər, zərbə, zərbə
Vuranlar zorba- zorba
Dəhşət nəticələr var
 
Burda çörəkdən ötrü ölürük
Suriyada ərəbdən ötrü ölürük
Eh Babək,
Müsibət nəvələr var,
Müsibət nəticələr var
 
Mətbuat 18+
Siyasət 90+
Yox, insaf da yaxşı şeydi
Müsbət nəticələr var
 
 
ŞPAQATLI İNKİŞAF
 
Daha ondan da uzaq dur,
Gəl sənə tanıdım onu,
Hind kinolarının əhatə dairəsində böyüdü o,
Gah Şaka oldu, gah Cimi
O vaxtlar ən çox oxuduğu mahnı da buydu:
-Cimi, Cimi, Cimi, aca, aca, aca...
 
Sonra böyüdü, hərəkata qoşuldu,
Meydanlarda ”azadlıq, azadlıq” deyə hayqırdı
Sərməst oldu
Azadlıq şərbətin içə-içə
 
Sonra müxalifətçi oldu
Yenə də hayqırdı meydanlarda:
-iş verin işsizə, çörək verin aca, aca, aca
 
Sonra onda iqtidara meyllilik hiss olundu
Sanki maviliyə meyllilik hiss olunurmuş kimi
Şübhələri çəkdi özünə
Və  almadı heç nəyi də vecə, vecə, vecə.
 
İndi milli birlik haqda oxuduqlarına baxma
Indi o daha qorxuludu
Adam inkişaf eləyib
bir ayağı orda, bir ayağı burda
Hind fəndlərindən Çin fəndlərinə keçib
Təpikləyib  qıracaq hamımızı bu zalım
Şpaqat aça-aça.