AŞPA sədri Azərbaycana gəlir

Anne Brasseur


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anne Brasseur  bu gün Azərbaycana səfərə gəlir. 

Anne Brasseur  AŞPA-nın Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq. 

Məlumatda qeyd olunur ki, bu gün Anne Brasseur  Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Sabah isə AŞPA sədrinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. 

Xanım Brasseur  səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.