Qara qutulardakı informasiyanı Britaniya araşdıracaq

Malayziya təyyarəsinin qara qutularındakı göstəricilərin təhlili ilə bağlı  Hollandiyanın müraciəti ilə Britaniya razılaşıb. Bunu Britaniyanın baş naziri david Cameron deyib.

Ukraynada qəzaya uğrayan MH17 təyyarəsinin yer-hava növlü Rusiya raketi ilə vurulduğunu, bu raketin yaraqlılar olan ərazidən atıldığını deyən Qərb rəsmilərinin iddilarına  qara qutulardakı informasiya aydınlıq gətirə bilər.

Cameron deyib ki, qara qutular Farnboroda yerləşən Britaniyanın Hava Qəzaları Araşdırılması Bölməsində öyrəniləcək.    

Bu bölmə təyyarə qəzalarını araşdırır.