Brenda Shaffer ARDNŞ-lə əlaqəsi barədə sualdan əsəbiləşib

-

ABŞ mediasında  Azərbaycanı təbliğ edən Brenda Shafferdən soruşublar ki, o, niyə Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqələrini açmaq istəmir? Shaffer bu suala  çox əsəbi reaksiya verib.  

Bu hadisə oktybarın 23-də ABŞ-ın Kolumbiya Universitetində Avropa enerji məsələləri üzrə müzakirədə olub.

Sualı Kolumbiya Universitetinin məzunu  və jurnalist olan Casey Michel  verib.

İsrailin Haifa Universitetində professor olan Brenda Shaffer isə əsəbiləşib ki, “Amerikada şəxsi həyatın toxunulmazlığı hüququ var”.

“”onda mən də sizdən soruşa bilərəm, Casey, sizin xanımınızın adı nədir? Siz hanası məktəbə gedirsiniz? Siz harda işləyirsiniz? Sizin qanınızda xolesterolun səviyyəsi neçədir? “

Michelin sualı isə sentyabrın 9-da New York Times qəzetində bir redaktor qeydi ilə bağlıdır. Orda deyilirdi ki, Brenda Shafferin qəzetdə çıxan və  Dağlıq Qarabağ barədə  məqaləsində göstərilmir ki, o, ARDNŞ-in müşaviridir.