Daha bir nəfər xəstəxanaya yerləşdirilib

"Günəşli"dəki neft platformasında yanğın

-
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
 
Məlumatı APA yayıb. Bildirilir ki, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.
 
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.
 
Ondan başqa hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir. Bir nəfər isə Yanız Mərkəzinə yerləşdirilib.
 ​