R.Kadırov küçəyə M.Alinin adını verir

Muhammad Ali qızları ilə

Çeçenistan prezidenti Ramzan Kadırov deyib ki, "Qroznıda boks zalı tikəcəyəm və ona Muhammad Alinin adını verəcəyəm. Bundan başqa paytaxt  küçələrindən  birinə Muhammad Alinin adı veriləcək".

Kadırov deyib ki, o həmişə Muhammad Alinin Çeçenistana gəlməsini arzulayıb. Çeçenistan lideri deyir ki, onun özü  Muhammad Alinin sayəsində boksçu olub. 

Muhammad Ali iyunun 3-də 74 yaşında vəfat etdi.