Ard-arda açılan dərman zavodları ölkənin tələbatını ödəyirmi?
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadçı Zöhrab İsmayıl deyir ki, dövlət hesabına açılan bu zavodlar nə xaricdən idxalı azaltmaq, nə də ixrac potensialı yaratmaq gücündədir. Onun sözlərinə görə, hökumət sağlam biznes planlaması etmir, sadəcə neft pullarını əhəmiyyətli sahələrə ayrıldığını sübut etməyə çalışır: "Bunlar açılanda çox təmtəraqla göstərilir, amma bağlanmasından heç danışılmır".