Nardaran hadisələrindən 10 il keçir - Nə baş vermişdi?
Sizin brauzer HTML5-i dəstəkləmir
O Nardaran ki, hətta Heydər Əliyevin dönəmində də öz qayda-qanunları ilə Azərbaycanın başqa yerlərindən fərqlənirdi. İnsanlar istəkləri vaxt heç kəsdən icazə almadan kəndin mərkəzindəki İmam Hüseyn meydanına toplaşıb aksiya keçirir, problemlərini deyir, hökumətə etiraz edirdilər. Amma 2015-ci ilin noyabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatdan sonra burada hər şey dəyişdi. (ARXİV. 2024)