«29 nəfər hələ də tapılmayıb»

Sizin brauzer HTML5-i dəstəkləmir

"Bütün bu işlərlə komissiya məşğuldur"

-

DƏNİZDƏN GÖDƏKÇƏLƏR TAPILIB

Dənizin üstündə gödəkçələr tapılıb. Xilasedicilər həmin əşyaları götürüb. Bununla yanaşı, suyun üzərində xilasetmə qayığının sınan bir hissəsi aşkarlanıb. 

SOCAR-ın vitse-prezidenti Xaik Məmmədov keçirdiyi brifinqdə deyib ki, platformadakı yanğın söndürülüb. Ancaq qaz quyusundakı yanğını söndürmək mümkün olmayıb. Axtarışlar davam edir.
 
X. Məmmədovun sözlərinə görə, yanğından sonra çıxarılan 8 nəfər xəsəxanadadır. 22 nəfər xəstəxanadan buraxılıb. Bir nəfər isə səhhətində yaranan problrmlərə görə geri qayıdıb. 

AİLƏLƏRƏ MADDİ YARDIMLAR GÖSTƏRİLƏCƏK

İtkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün SOCAR-ın müxtəlif strukturlarında müvafiq qruplar yaradılıb.
 
SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov deyib ki, bütün işləri SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov koordinasiya edir. İtkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlanılır, axtarış tədbirləri haqda məlumat verilir. 

Ailələrə maddi yardımlar da göstəriləcək.

Youtube Kanalımızda izləyin