- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlanıb.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
"Deyirlər ki, hələ sizin evləriniz sökülmür, ona görə bu ərizənin təmin olunmasına əsas yoxdur".
C.Babakişizadə ailəsiylə son dəfə sentyabrın 18-də telefonla əlaqə saxlayıbmış. Xüsusi rejimdə saxlandığından onun öz yaxınlarıyla görüşləri və sovqat qəbulu yasaqlanıbmış.
Cənubi Qafqazda ən aşağı Ümum Daxili Məhsul (ÜDM) həcmi Azərbaycandadır - bunu Dünya Bankı deyir.
Heyvan haqları qoruyucusu, ictimai fəal Elxan Mirzəyev oktyabrın 15-də öz məhkəməsində deyib ki, narkotikdən tam uzaq biri olsa da, bu ittihamla cəzalandırılıb.
"Sənədlər bu borcun həqiqətən yaranmasını şübhə altına alır".
"ToplumTV"yə dair cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Fərid İsmayılov saxlandığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükə yarandığını deyir.
Bakıda ikinci dəfə burun əməliyyatı nəticəsində ölümə görə cinayət məsuliyyətinə cəlb edilən otorinolarinqoloq (LOR), estetik cərrah Sənan Mehdiyevə 2 il cəza verilib.
Abşeron rayonu, Masazır qəsəbəsində istixana kompleksindəki partlayış və ardından baş verən yanğına görə "Azəriqaz" obyekt sahibinə 100 min manata yaxın təzminat ödəməlidir. Məhkəmə bu haqda qərar çıxarıb.
Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının məhkəməsi başlanıb.
Ailəsi bildirir ki, E.Mirzəyev narkotik ittihamını qəbul etmir.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və Nərgiz Muxtarovanın işi üzrə istintaq yekunlaşıb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.
Hazırda xaricdə yaşayan Tural Sadıqlı əmisinin ondan qisas almaq məqsədilə və şifarişlə həbs olunduğunu deyir.
Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri, bir ildən çoxdur həbsdə olan İlqar Mustafayev deyir ki, hansı günahına görə ona qarşı bu cür davranıldığını bilmir. O vurğulayır ki, həmişə prezidentə də, vitse-prezidentə də sədaqətlə xidmət edib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı oktyabrın 1-də öz məhkəməsində necə həbs olunmasından, zərərçəkmiş qismində tanınan şəxslə münasibətlərindən danışıb.
İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ildir həbsdə olan Fazil Qasımov Bakı Apellyasiya Məhkəməsində işinə baxan hakimlər kollegiyasına etiraz verib.
"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, ölkədəki repressiv siyasəti tənqid etdiyinə görə 10 aydır həbsdədir: "İlham Əliyev istədiyinə görə mən buradayam".
Saxlandığı 3 saylı Uşaq Evində onlara qarşı pis rəftar, yeyinti halları barədə sosial şəbəkələrdə görüntülər paylaşandan dərhal sonra psixiatriya xəstəxanasına yerləşdirilmiş yeniyetmə Məhəmməd Hacıyev ardından həbs olunubmuş.
Davamı