Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 13:49

Qəbələ RLS-lə bağlı Rusiya-Azərbaycan danışıqları başlayıb


Qəbələ Radiolokasiya Stansiyası
Qəbələ Radiolokasiya Stansiyası
Dekabrın 13-də Bakıda Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə müddətinin uzadılması məsələsi ilə bağlı Rusiya-Azərbaycan danışıqları başlayıb.
 
Rusiya nümayəndə heyətinə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov rəhbərlik edir. Danışıqlar dekabrın 15-ə qədər davam edəcək.
 
Xəbəri Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 
    
Rusiya Qəbələ RLS-in  icarəsi haqqında sazişi 2002-ci ildə imzalayıb. Sazişin qüvvədə olma müddəti 24 dekabr 2012-ci ildə bitəcək.
XS
SM
MD
LG