Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 04:39

Məşhur yazıçı Ray Bradbury 91 yaşında vəfat edib


Məşhur yazıçı Ray Bradbury
Məşhur yazıçı Ray Bradbury
İyunun 6-da dünyaca məşhur yazıçı Ray Bradbury vəfat edib. Bu barədə məlumatı USA Today qəzeti yayıb. Məlumata görə, yazıçı Californiyada yaşadığı evdə vəfat edib.  
 
1940-cı illərdən məşhurlaşmağa başlayan yazıçı «Mars xronikaları» (1950), «Şəkilli kitabdakı adam» (1951), «Günəşin qızıl almaları» (1953) kitablarıyla tanınıb.

1955-ci ildə çap edilmiş  «Farenheytlə 451» əsəri isə yazıçıya dünya şöhrəti gətirib.

Yazıçının əsərlərində elmi-fantastik əsərlərində ictimai problemlərdən bəhs edilir.
 
Ray Bradburynin bir neçə hekayəsi azərbaycan dilinə tərcümə edilib.
XS
SM
MD
LG