Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 05:41

Britaniya radikal müsəlman ruhanisini azadlığa buraxdı


Avropada Al-Qaeda terror şəbəkəsinin fəallarından biri  olduğu iddia edilən radikal ruhani Britaniyada azadlığa buraxılıb.
 
İordaniyadan olan Abu Qatada haqda ölkəsində bomba partlayışı təşkili haqda hökm çıxarılıb.  2002-ci ildən Britaniyaya gələndən bir müddət həbsdə olub.  Ancaq noyabrın 13-də Britaniyanın imiqrasiya məhkəməsi qərar verib ki, Abu Qatadanı ədalətli məhkəmə araşdırması təmin olunmayacağı üçün İordaniyaya ekstradisiya etmək olmaz və o şərtli azadlığa buraxılıb.
 
Hakimin qərarına görə, ruhani qolunda xüusi izləyici elektron qolbaqla gəzməlidir, internetə girə bilməz.
 
Ötən ay Britaniya hökuməti 8 illik məhkəmə çəkişmələrindən sonra radikal ruhani Abu Hamzani ABŞ-a ekstradisiya eləmişdi.
XS
SM
MD
LG