Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 11:32

ATƏT sədri: " Minsk qrupu daha fəal işləyə bilər"


Edward Nalbandyan və Leonid Kozhara
Edward Nalbandyan və Leonid Kozhara
Ermənistanın xarici işlər naziri Edward Nalbandian bu gün Yerevanda ATƏT-in hazırkı sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, habelə Ukraynanın təşkilata sərdliyi dövründə prioritet məsələlər müzakirə olunub.

Bu barədə Nalbandian görüşdən sonra keçirdikləri  birgə mətbuat konfransında məlumat verib. O görüşdə Dağlıq Qarabağ probleminə də toxunulduğunu bildirib.

“Dondurulmuş münaqişələr  ATƏT-in sədrli kimi  Ukraynanın qarşısında duran əsas məsələlərdən biridir .Buna görə də bugünkü görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük diqqət yetirildi”

Kozhora isə qeyd edib ki, bu yöndə dövlət başçıları da daxil olmaqla daima müxtəlif formatlarda danışıqlar aparılır və biz sədr ölkə kimi bu danışıqların daimi və vaxtaşırı olmasında maraqlıyıq. Ukrayna həmçinin Minsk qrupu, xüsusilə də həmsədr ölkələrin bu yöndə səylərini dəstəkləməkdə davam edir:

“Hərcənd biz hesab edirik ki, Minsk qrupu daha aktiv işləməli və hansısa konkret, praktiki nəticələr olmalıdır. Çünki  müxtəlif konfranslar və iclaslar nəticəsində hələlik heç bir beynəlxalq münaqişə həll olunmayıb. Səmərəli və  praktik iş gərəkdir”- deyə o vurğulayıb.

Kozhora  həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında  vaxtaşırı görüşlər təşkil etmək lazımdır və Ukrayna öz ərazisində bu cür dəyirmi masa və konfranslar keçirilməsinə kömək etməyə tam hazırdır.
XS
SM
MD
LG