Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 05:21

Gürcüstan iyunadək AB paktını imzalamaq istəyir


Maia Panjikidze
Maia Panjikidze
-

 
Gürcüstanın xarici işlər naziri Maia Panjikidze deyib ki, ölkəsi iyunadək Avropa Birliyi ilə assosiasiya sazişini imzalayacaq. O, aprelin 10-da Berlində alman həmkarı Frank-Walter Steinmeier ilə birgə mətbuat konfransında çıxış edib.

Panjikidzenin sözlərinə görə, o, alman həmkarını «əmin edib» ki, Gürcüstan «ən geci» iyunda sazişi imzalamağa hazır olacaq.

Steinmeier Ukrayna böhranının AB-nin Gürcüstanla sazişi imzalamasına heç bir təsiri olmayacağını söyləyib. «Hazırlıqlar gedir və biz qrafikə uyğun işləyirik», o, bildirib.
 
Panjikidze deyib ki, «10 gündən sonra Tbilisidə» Steinmeier-lə növbəti müzakirələr üçün yenidən görüşəcək.
 
Gürcüstan və Moldova ilə pakt ötən noyabrda Şərq Tərəfdaşlığının Vilnüs samitində əssən razılaşdırılıb.
XS
SM
MD
LG