Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 05:12

Mərc oyunları qaydalarında dəyişiklik


Mərc oyunları şəbəkəsi Topaz
Mərc oyunları şəbəkəsi Topaz

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları”na dəyişikliklər edib.

Report.az xəbər verib ki, dəyişikliklərə əsasən idman mərc oyunlarının  keçirilməsinə görə vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi məbləğdə və qaydada  ödəniləcək. Bununla da idman mərc oyunlarının təşkili və keçirilməsi xərclərinin artırılacağı gözlənilir.

Bundan əvvəl isə  idman mərc oyunlarından əldə olunan dövriyyə  məcburi ödənişlər tutulduqdan sonra operatorun sərəncamına verilirdi.

Məcburi ödənişlərə, vergi, mərc oyunları iştirakçılarının uduşları, bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissə daxil idi

İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti artıq Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Əvvəl isə bu səlahiyyət Gənclər və İdman Nazirliyində olub.

XS
SM
MD
LG