Türkiyə ictimai-siyasi fəalları Bakının istəyi ilə ölkədən çıxarır?
Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycan hakimiyyətindən gələn sifarişlə hərəkət edirmi? Bakıda müxalifət fəalları Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı açılan cinayət işi ilə əlaqələndirilib həbs ediləndən sonra Milli Şura üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanıb, indi onun deportasiya olunması gözlənilir.